Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


07.02.2020  18:06 

Həftəsonu Bakıda qar gözlənilir





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində gözlənilən hava proqnozunu açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq, Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, yağan yağışın fevralın 9-da sulu qara,qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Paytaxtda isə fevralın 8-də gözlənilən yağıntı fevralın 9-da sulu qara, qara keçəcək. Mülayim şimal-qərb küləyi fevralın 8-i axşam və 9-da güclü olacaq. Havanın temperaturu fevralın 8-də gecə 4-7, gündüz 8-11, fevralın 9-da gecə və gündüz 1-3 dərəcə isti təşkil edəcək.

Xəbər 1370 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +