Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


16.07.2019  13:25 

77 nəfər əvvəlki işinə bərpa olundu





A+  A-

Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçini əvvəlki işlərinə bərpa etdirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.

Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Xəbər 1629 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +