Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.06.2017  16:35 

Həbsdə olan Bayram Kürdəxanlı azadlıqda





A+  A-

Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb.
XəzərNews.az lent.az-a istinadən xəbər verir ki, meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb. B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, "Nilufər" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Azadlığa çıxan meyxanaçı Bayram Kürdəxanlı təəssüratlarını belə bölüşüb: "Məni buraxdılar, dedilər ki, günahkar deyilsən. Sağ olsunlar ki, məni azadlığa buraxdılar.

Dedilər ki, sən azad olmalısan. Mən narkotik qəbul etməmişəm. Sadəcə qərar qəbul olunmuşdu ki, belə olmalıdır".

Meyxanaçı azadlığa çıxması münasibətilə onu təbrik edən həmkarlarına da minnətdarlığını bildirib: "Mənə diqqət göstərən həmkarlarıma da çox sağ ol deyirəm. Görüşümə gəlməsələr də, qardaşımla əlaqə saxlayıblar. Azadlığa çıxandan sonra isə görüşümə gəlmişdilər".

Xəbər 1543 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +