Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


31.01.2023  20:08 

“Hər maaş artımından sonra qiymətlərin artırılması adət halını alıb“





A+  A-

"Düşünürəm ki, bu, süni artımdır. Dövlət məsələyə müdaxilə etməlidir”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az –a şeyx Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə avtobus və metrolarda qiymətlərin bahalaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indiki vaxtda belə bir artımın edilməsi yolverilməzdir: “Dövlət Başçımız maaşları, təqaüdləri və digər güzəştli vəsaitləri artıran kimi bəzi təşkilatlar qiymət artırma sistemlərini işə salırlar. Elə bir qarşılarına məqsəd qoyublar ki, Prezidentin humanist addımlarının təsirini azaltsınlar. Hər maaş artımından sonra qiymətlərin artırılması adət halını alıb. Buna həm ərzaq, həm texniki sahədə, həm də sərnişindaşıma məsələsində tez-tez rast gəlirik. Hamımız bilirik ki, hələ ki, nə yanacağın qiyməti artmayıb, nə başqa enerjinin. Bəs hansı əsasla bu qiyməti artırırlar? Mən istəməzdim bu artım olsun. Çünki bizim insanlarımızın əksər hissəsi ictimai nəqliyyatdan və metrodan istifadə edir. Onlar üçün şəraitin yaradılması lazımdır. Dövlət bu məsələyə qarışmalıdır və belə məsələlərə ciddi reaksiya verməlidir".

Qeyd edək ki, Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında xidmət haqqı 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub.

Xəbər 1059 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +