“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


21.01.2022  18:00 

Azərbaycan əməkhaqqı artımına görə MDB-də sonuncu yeri tutur





A+  A-

2021-ci ildə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində ən az əməkhaqqı artımı Azərbaycanda olub.

Ötən ilin yanvar-noyabr aylarında iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı Azərbaycanda 2,9 faiz, Ermənistanda 7 faiz, Rusiyada 9,2 faiz, Qırığızıstanda 9,4 faiz, Moldovada 11,3 faiz, Tacikistanda 11,6 faiz, Belarusda 14,4 faiz, Özbəkistanda 15,3 faiz, Qazaxıstanda 16,7 faiz, Ukraynada 20,4 faiz artıb.

Bununla da Azərbaycan iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqının artım tempinə görə MDB dövlətləri arasında sonuncu yeri tutub.

İqtisadçı Qubad İbadoğlu deyir ki, hətta ölkələr arasında ərzaq və s. məhsulların artım tempinə görə Azərbaycan ön sıralardadır:

“Azərbaycan MDB dövlərtləri arasında orta aylıq nominal əməkhaqqı göstəricisi inflyasiyadan aşağı olan yeganə dövlətdir. Bu iki göstərici arasında fərq – 5,7 faizdir. Bu isə o deməkdir ki, real olaraq Azərbaycanda orta aylıq əməkhaqqı artmayıb, əksinə, azalıb”.

İqtisadçı əlavə edir ki, Azərbaycanda inflyasiya ilə bağlı rəsmi məlumat müstəqil ekspertlər arasında şübhə doğurur. Əslində gerçək inflyasiya Dövlər Sstatistika Komitəsinin açıqladığı rəsmi rəqəmdən dəfələrlə yüksəkdir.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı 2021-ci ilin ilin makroiqtisadi göstəricilərinə görə, ötən il Azərbaycanda əhalinin nominal gəlirləri 57 milyard 181 milyon manat olub.

Bu, 2020-ci illə müqayisədə 2.6 faiz artım deməkdir. Ancaq ötən il ölkədə orta illik inflyasiya göstəricisi daha yüksək – 6.7 faiz olub. Deməli, qiymət artımlarının səviyyəsi əhalinin gəlir səviyyəsini üstələyib./Meydan TV

Xəbər 1362 dəfə oxunub.




25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +