“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


18.11.2021  21:34 

Putinin son bəyanatı nədən xəbər verir?





A+  A-

Putinin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirərkən səsləndirdiyi fikirlərdə əsas məqamlar...

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) kollegiya iclasında diplomatlar qarşısında çıxış edən Rusiya prezidenti Vladimir Putin NATO-nu hədələməkdən və ABŞ-la dialoqa hazır olmaqdan tutmuş Əfqanıstandakı vəziyyətə qədər ən müxtəlif məsələlərə toxunarkən 16 noyabrda Ermənistanın Laçın istiqamətində sərhəddə törətdiyi təxribata da münasibət bildirib, lakin həmişə olduğu kimi yenə də günahkarın adını qeyd etməyib.

Sitat:

“Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi.

Sabitliyi təmin etmək, atəşkəs rejiminin və dinc sakinlərin təhlükəsizliyinin zəmanətçisi kimi Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var.

Şübhəsiz, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həllində Rusiya diplomatiyasının rolu artır.

Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb. Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil. Həqiqətən, Rusiya daxil olmaqla regionun bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.

* * *

Putindən soruşmaq gərəkdir ki, bəs sizin "sülhməramlı"larınız indiyə qədər niyə lazımi qədər fəallıq göstərmirdilər? Göstərsəydilər, Şuşa yaxınlığındakı terakt da baş verməzdi, 16 noyabrda təxribat və döyüşlər də olmazdı.

Putinin "Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var" sözlərindən də bir daha açıq-aydın anlaşılır ki, deməli, o terakt da da, o təxribatlar da "sülhməramlı kontingentinin səylərinə tələbat" yaratmaq üçün imiş... Tələbat olanda isə deməli, "sülhməramlı"ların burdakı fəaliyyətinin müddətini istənilən qədər artrırmaq da olar...

Rusiya prezidentinin "Şübhəsiz, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həllində Rusiya diplomatiyasının rolu artır" cümləsinin izahı isə budur ki, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həlli məhz Rusiyanın monopoliyasına aiddir...

Qısası, Putinin bu qısa açıqlamasındakı fikirlərlə bağlı uzun-uzun təhlillər aparmaq mümkündür.

16 noyabrda atəş kəsiləndən sonra geosiyasi müstəvidə, diplomatiya sahəsində yenidən gərgin mübarizə başlayır. Azərbaycanın bir yandan Rusiya və İranla, digər yandan isə Qərblə mübarizə aparması və öz strateji hədəflərinə nail olması heç də asan olmayacaq. Amma bu mümkündür.

Bizim Ermənistandan fərqimiz ondadır ki, biz müstəqilik. Biz nə Rusiyanın yandaşı deyilik, nədəki Qərbin. İranın isə heç deyilik. Bu isə bizə bir çox üstünlüklər qazandırır, əlimizi gücləndirir, manevr imkanlarımızı artırır.

Bəybala Mirzəyev

Xəbər 3465 dəfə oxunub.




25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +