İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


07.11.2020  15:11 

Əliyar Əliyevin doğulduğu kənd də azad olundu





A+  A-

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olan Əliyar Əliyevin doğulduğu kənd işğaldan azad edilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Ali Baş Komandan İlham Əliyevin bu gün açıqladığı işğaldan azad edilən ərazilər arasında Ə.Əliyevin anadan olduğu Qubadlı rayonunun Qəzyan kəndi də var.

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də həmin kənddə anadan olub və 1992-ci il oktyabrın 3-də, 35 yaşında Laçın rayonunda Qarabağ döyüşlərində şəhid olub. O, doğulduğu Qəzyan kəndində dəfn edilib.

Mülki həyatda idman müəllimi olan Ə.Əliyevin şagirdlərindən biri olan Mayis Bərxudarov hazırda general-mayor rütbəsində, birlik komandiri kimi cənub cəbhəsində torpaqları işğaldan azad etməyə davam edir.

M.Bərxudarov Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu "Laçın dəhlizi"ndə sancacağına söz verib.

Xəbər 2506 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +