AZAL 1 saatlıq uçuş üçün 1282 manat alır!
Şahin Şıxlinski Moskvada könüllü təslim olub
Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR


19.04.2024  15:17 

Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər





A+  A-

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı Direktoru Ruslan Əlixanovla görüşüb.

Xəzərnews.az xəbər verir ki, görüş zamanı iki ölkənin investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər, xüsusilə, QR-nın Prezidenti K. Tokayevin 11-12 mart 2024-cü il tarixlərində Azərbaycana dövlət səfəri çərçivəsində imzalanan “Samruk-Kazına” SC ilə Azərbaycan İnvestisiya Fondu arasında strateji tərəfdaşlıq haqqında Sazişinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Səfir A. Bayel birgə investisiya fondunun yaradılmasının ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm addım olacağını və qardaş ölkələrin regionda maraqlarını əlaqəli şəkildə təşviq etməyə imkan yaradacağını vurğulayıb. Yaradılmaqda olan Qazaxıstan-Azərbaycan Fondu həm iki ölkənin ərazisində, həm də üçüncü ölkələrdə iqtisadiyyatın müxtəlif sektorlarda maraqlı investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq.

Bu kontekstdə, tərəflər həm iki ölkə, həm də bütün region üçün böyük geoiqtisadi əhəmiyyətə malik və artıq reallaşdırmaqda olan layihələri yüksək dəyərləndirib. Xüsusi diqqət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) birgə inkişafına, Qazaxıstan enerji daşıyıcıların Azərbaycan ərazisi üzərindən tranzitinə, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilməsinə, habelə Xəzərin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsi ilə bağlı əldə olunmuş razılaşmalara yetirilib.

Həmsöhbətlər həmçinin investisiya fondunun iştirak edəcəyi yeni təşəbbüsləri müzakirə ediblər. Qeyd etmək lazımdır ki, fond “Astana” Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) bazasında qeydiyyata alınacaq və ən yazın zamanda fəaliyyətə başlayacaq. Fondun ilkin həcmi 300 milyon dollar təşkil edəcək.

Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikasının Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə dövlət şirkətlərin və müəssisələrin, o cümlədən dövlət payına sahib olan təsərrüfat cəmiyyətlərin vahid prinsiplər əsasında idarə edilməsi məqsədilə yaradılıb. Holdinq dövlət büdcəsindən maliyyələşdirilir.

Hazırda AİH tərəfindən SOCAR, ADY, AZAL, ASCO, AzerGold və digər bu kimi müəssisələr idarə olunur.

Xəbər 8650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU


BÜTÜN XƏBƏRLƏR +