“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


18.10.2023  14:46 

“Vətəndaşdan pul alıb, yol tikirsənsə, bu yolu vətəndaşa sata bilməzsən“ - Pullu yola etiraz





A+  A-

"Azərbaycan vətəndaşları üçün yol ödənişli olmamalıdır".

Xəzərnews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli Bakı-Quba-Rusiya yolunun gediş qiymətlərindən danışarkən deyib.

Akif Nəsirli deyib ki, yol iqtisadiyyatın inkişafı üçün əsas amillərdən biridir:

"Rusiya ilə əlaqələrimiz böyükdür. Həm dəmiryol, həm quru yol, həm də hava yolu vasitəsi ilə Rusiya iqtisadiyyatına xeyli bağlılığımız və asılılığımız var. Bu baxımdan, bütün istiqamətlərdə yolların yüksək səviyyədə qurulması təqdirəlayiq haldır. O ki qaldı alternativ yollara, bu da çox vacibdir".

Ekspert bildirib ki, adətən bu yollar dünyada sənaye mərkəzləri arasında salınır:

"Sənaye mərkəzləri arasında salmaq əvəzinə Azərbaycanda altentaiv yollar Rusiyaya istiqamətlənən yol kimi salınıb. Hərəkət rahatlığı, mənzil başına tez çatmaq iqtisadiyyatın vacib amillərindən biridir. Bu da yoldan asılı bir şeydir. Bu məsələdə mənim bir qədər fərqli fikirim var. Hesab edirəm ki, alternativ yolları özəl şirkətlər çəkməli və bundan pul qazanmalıdır".

Ekspert həmin yolu hansı vəsait hesabına çəkildiyini belə izah edib:

"Mən vətəndaşam, dövlət büdcəsi həm də mənim cibimdir. Cibimdən çıxardıb və onun hesabına yol çəkilib. Bu yolla mən hərəkət edəndə pul alırlar. Bu necə olur? Artıq bu vətəndaş üçün ikiqat ödəniş olur. Hesab edirəm ki, hökumət ödənişli yol çəkirsə, bunu xarici vətəndaşlara, tranzit yüklər üçün alternativ yol olaraq ödənişli etməlidir. Səbəbi belədir. Vətəndaşın büdcəsindən pul alıb, yol tikirsənsə, bu yolu vətəndaşa sata bilməzsən. Çünki yol vətəndaşın hesabına tikilib".

Akif Nəsirli qeyd edib ki, dünyada bu məsələ ilə özəl şirkətlər məşğul olur:

"Özəl şirkətin fantaziyası olmalıdır, yollar tapmalıdır ki, Rusiyaya gedən daha rahat yol haradan keçir. O yolun üstünlüklərini də tapmalı və buna görə yol haqqı almalıdır. Onun üstünlüklərinə görə, bu yoldan istifadə edən adamlardan pul alınmalıdır. Burada həm yoldan istifadə edən, həm də onu salan özəl şirkət udur. Bir neçə ilə öz xərcini çıxarır. İndi mexanizm düz deyil, hökumət alternativ, eyni zamanda ödənişli yol çəkməməlidir. Bunu özəl şirkətlər şəkib, sərfəli qiymətə satmalıdır. Məsələn, biri var düz yoldan gedib 100 litr yanacaq işlədirsən, biri də alternativ yoldan gedib 60 litr işlədirsən. Arada fərqə baxın. Həm yolun sahibkarı qazanır, həm də yoldan istifadə edən. Bu gün hər iki kriteriya baxımdan uyğun olmayan layihəyə imza atılıb. Birincisi, dövlət büdcəsi hesabına tikilən yolun vətəndaşa puldan satılması, ikincisi isə hələ məlum deyil ki, ənənəvi yolla alternativ yolla getməyin arasında fərq nədən ibarətdir ki, buna 10 manat xərc qoyub”.

Xəbər 1001 dəfə oxunub.




25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +