“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


28.10.2022  11:16 

“Qurultay” adlı tamaşa... - Hər kəs olduğu kimi idi orada





A+  A-

Akademik Milli Dram Teatrının tarixində ilk dəfə olaraq real komediya nümayiş olundu. Qrimsiz, ütüsüz, heç kim rola girmədən. Hər kəs olduğu kimi idi orada.

Bu vaxta qədər hətta əzəmətli görünərək baş tacımız olanlar da bütün maskalarını çıxararaq öz gerçək rollarını oynadı. Bizi qəzəbləndirdilər, coşdurdular, ürəyimizi titrətdilər...

Amma insafla deyək ki, daha çox güldürdülər, əyləndirdilər. “Qurultay” adlı tamaşa bizi riqqətə gətirdi. Çünki burada pərdəarxası heç nə yox idi. Pərdələr qaldırılmışdı, həqiqət çılpaq qalmışdı. Girişdə aktyorlar özləri könüllü olaraq bütün maskaları qarderoba qoymuşdular. Elə bu cəsarətin, istedadın və ən önəmlisi səmimiyyətin nəticəsidir ki, bütün ölkə 3 gündür həmin anşlaqdan danışır. Səmimiyyət belədir, hər zaman insanlarda böyük təsir buraxır, heyrət doğurur.

Əsərlərində, müsahibələrində demokratiya və ədalət tərənnüm edənlər bütpərəstlik təfəkkürünün an ali daşıyıcıları olduqlarını korrektə etmədən ortaya qoydular. Öz bütlərinə - AYB-nin əbədi sədri Anar Rzayevin kölgəsi qarşısında tanrılarına tapındılar. Maraqlısı da odur ki, onları buna heç kim məcbur etmirdi. Bu qurultayda möhtəşəm birlik, yenilməz ordu kimi tək ürək olmuşdular. Belə birliyi onlarda artıq ikinci dəfədir müşahidə edirəm. Bir müddət əvvəl Mirşahin Ağayev Vətən Müharibəsindən keçən müddət ərzində şair-yazıçıları ortaya normal bir əsər qoymamaqda ittiham edəndə də eyni bütövlüklə ələ-ələ tutmuş və total hücuma keçmişdilər. Aqressiya tavana yüksəlmişdi. Cavab reaksiyaları “Get, öz işinlə məşğul ol” jarqonuna kimi aşağılara enmişdi. İndi də eyni səhnə idi.

Amma ritorika daha sərt idi. Biri dedi ki, Allah göstərməsin! Sədrliyə idarə etməyi bacarmayan gəlsə, hər şeyi korlaya bilər.

O biri bildirdi ki, Anar AYB sədrliyinə namizədliyini irəli sürməsə də, ona səs verərdi.

Başqası jurnalistin qarşısını kəsdi ki, sənə kres qoyaram...

O biri də qurultay üçün ayrılan pulun taleyini soruşan jurnalistə qayıtdı ki, sənin nə azarın var, sənə nə düşüb ki, 203 minin hara xərcləndiyini soruşursan.

Kulminasiya isə Çingiz Abdullayevin ifasında səsləndi: Utanıb, ölmürsünüz...

Və sürəkli alqışlar. Bravo.

Biz hamımız bu komediyanın aktyorlarıyıq. İnanmırsınız? Bu vaxta qədər tək-tək istisnaları çıxmaqla kiminsə öz mövqeyindən geri çəkildiyini görmüsünüzmü? Kimsə xoşluqla tutduğu postdan, əldə etdiyi vəzifədən imtina etmir. Əgər irəliyə dırmanmaq imkanı varsa, bu, başqa məsələ. Amma könüllü olaraq geriyə addım atmaq mədəniyyətindən məhrumuq. Tanrı bizə imtina etmək qabiliyyəti verməyib. Gözümüz hər zaman ac olub.

Qurultaydan sonra Anarın açıqlamasını gördünüzmü? Onun növbəti qurultaya qədər – 5 il yaşamaq inamı belə yoxdur. Bunu öz dili ilə deyir. Amma bu düzəni başlı-başına qoyub getmək istəmir. Atadan miras qalmış 35 illik bir səltənəti tərk etmək sizə asan gəlməsin. Mən səmimi olaraq Anar müəllimə bundan sonra hələ 20-30 il də yaşamağı arzu edirəm. Qoy onu sədr olmağa məcbur edən qocamanları öz əli ilə o dünyaya göndərsin. Sonrası, Allah Kərimdir...

Elnur Məmmədli
yenisabah.az

Xəbər 1043 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +