Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb


11.10.2018  17:31 

Ukraynalı bloggerlə azərbaycanlı tələbələr barışdı - Fotolar





A+  A-

“Son günlər Ukraynada azərbaycanlı gənclərlə tanınmış blogger Konstantin Andriyuk arasında yaşanan və sosial şəbəklərdə, mətbuatda yayılan videodakı azərbaycanlı tələbələr və onların valideynləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna dəvət olundu.
Görüşdə Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Samir Allahyarov da iştirak edirdi. Məqsəd iki gündür bu videonu bəhanə edərək azərbaycanlıları aqressivlikdə ittiham edən ermənilərin təxribatçı statuslarının qarşısını almaq idi”.

XəzərNews.az bildirir ki, bu barədə məlumatı Azadinform-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov verib.

H.Cavadov bildirib ki, səmimi müzakirələr zamanı blogger Konstantin Andriyukla tələbələri barışdırdıq: “Mən bloggeri Azərbaycana dəvət etdim. O da Azərbaycan diasporunun problemə bu qədər operativ reaksiya verməsindən məmnunluğunu ifadə etdi. Azərbaycan haqqında çox müsbət fikirdə olduğunu bildirdi. Qeyd etdi ki, bu barədə öz səhifəsində izləyicilərinə məlumat verəcək, azərbaycanlılara qarşı aqressiv fikirlərin qarşısını almağa çalışacaq”.

H.Cavadov bildirib ki, Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Samir Allahyarov da tələbələrə öz tövsiyələrini verib.

Görüşdə UABD sədrinin müavinləri Murad Cəfərov, Elşad İbrahimov və Ukraynanın “Azov” könüllülər batalyonunun döyüşçüsü, azərbaycanlı Vidadi İsrafilov iştirak edib.

Qeyd edək ki, dünən Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan blogger Konstantin Andriyuk azərbaycanlı tələbələrin hədələri ilə qarşılaşıb. Belə ki, tələbələrin qanunla qadağan olunmuş yerdə avtomobillərini saxlamalarına etiraz edən ukraynalı blogger ölümlə təhdid olunub. Üç azərbaycanlı tələbə bloggerin üstünə yeriyərək onu söyüşlə təhqir ediblər. Bloggerlər görüntüləri YouTube kanalında yerləşdirib. Qısa müddət ərzində videoya çoxsaylı şərhlər yazılıb.





Xəbər 2426 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +