Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


22.01.2025  10:18 

Cərimələr niyə 13 dəfə artırıldı?





A+  A-

Bakı metrosunda istifadə qaydalarını pozan şəxslər üçün cərimələrin məbləği artırılıb. İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir. Həmçinin, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.

Bəs bu qədər çox artımın səbəbləri nələrdir?

Məsələ ilə bağlı açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, metroda tətbiq olunan cərimələr infrastrukturun yenilənməsi və vaqonların təmiri ilə bağlı müxtəlif dəyişiklikləri nəzərə alaraq, məsuliyyətsiz davranışlara qarşı mübarizə məqsədi güdür:

“Bakı Metrosunda cərimələrin məbləği 5 manatdan başlayır, arta-arta gedir. Ancaq metroda infrastruktur dəyişir, yenilənir, yeni qatarlar, vaqonlar alınır, onlara baxılan qulluq tamamilə fərqlidir. Hansısa bir məsuliyyətsiz adam gəlib orada vaqona ziyan vurur, qatarın işinə əngəl törədir, siqaret çəkir və ya hansısa xoşagəlməz əməllərlə məşğul olur, milyonlarla dəyəri vaqonun oturacağını cırır, əridirlər. Belə insanlar çoxdur. Onlarla mübarizə aparmaq üçün cərimə mexanizmi tətbiq edilir".

Ekspert, bu cür halların qarşısını almaq üçün cərimələrin sərtləşdirilməsinin vacibliyini vurğulayıb:

“Düzdür, hələ ki, şəxsən özüm bu sahədə elə çox cərimələnməni görmürəm, amma inanın ki, bəzi situasiyalar var, orada cərimə mütləq olmalıdır. Yəni, bir adam ki metroda özünü apara bilmir, bunu cərimələməyib nə edəsən? Bu, metrodur, burada qapını tutub saxlamaq, sürahinin üstündə oturmaq olmaz. Nə bilim, qızlara özünü göstərənlər, şit-şit zarafatlar edənlər var, sərxoş halda, narkotik vasitəsinin təsiri altında metroya girib siqaret yandırır, başqalarını narahat edirlər. Beləsini cərimələməyəsən, nə edəsən?"


Ekspert həmçinin qeyd edib ki, qaydanı pozmayan insanlar üçün cərimələrinin artırılmasının heç bir əhəmiyyəti yoxdur:

“Qaydanı pozmayan adam üçün cərimə qorxulu bir şey deyil. Onlar üçün cərimənin nə qədər olmasının heç bir əhəmiyyəti yoxdur. Şəxsən mən bunu belə başa düşürəm, başqalarını da bu cür davranmağa çağırıram. Bəzən buna başqa məna verənlər də olur, "maaş aşağıdır, cərimələr qalxır” və s. Amma aşağı maaşı olan adam niyə gəlib metroda sürahiyə təpik atsın? Niyə o, ictimai yerdə özünü apara bilməsin? Adamı məcbur edən yoxdur ki, çıx metroda təpik at. Hər halda özü bu düşüncədədir, özü bunu istəyir və istədiyinə görə də gərək cəzasını çəksin"./Valyuta.az



Xəbər 1954 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +