Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


21.09.2017  15:21 

“Qarabağ”ın oyununun məkanı dəyişdi





A+  A-

Peşəkar Futbol Liqası bu gün bir sıra qərarlar qəbul edib. Qərarlara əsasən Topaz Premyer Liqasının 6-cı turunun oyun cədvəlində dəyişiklik edilib eləcə də bir sıra müraciətlərə baxılıb.
XəzərNews.az xəbər verir ki, “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, Topaz Premyer Liqasının 6-cı turunda “Sumqayıt”la matçın yerinin dəyişdirilməsini istəyib. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin “Roma” ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirmək istəyib. “Qarabağ”ın qitənin ən nüfuzlu turnirində çıxışını və “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib:

- Topaz Premyer Liqasının 6-cı turunun “Sumqayıt” - “Qarabağ” matçı 22 sentyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.

- 6-cı turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Sumqayıt” klubu təsdiq edilsin.

- 6-cı turun “Qarabağ” - “Sumqayıt” komandalarının əvəzedici heyətlərinin görüşü 24 sentyabr saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda keçirilsin.

Bundan əlavə, “İnter” klubu PFL-ə müraciət edərək klubun 7 nəfər üzvünün 18 sentyabr-2 oktyabr tarixlərində Almaniyada, 2-11 oktyabr tarixlərində isə İrlandiyada 19 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində, 2 nəfər üzvünün isə 17-27 sentyabr tarixlərində 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində təlim məşq toplanışında iştirak edəcəyi səbəbindən əvəzedici komandaların “Zirə” və “Neftçi” ilə oyunlarının başqa tarixə keçirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “İnter” klubunun transfer qadağası olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişikliklərə gedib:

- Əvəzedici heyətlərin 6-cı turunun “Zirə” - “İnter” matçı 24 sentyabr 2017-ci il tarixindən başqa tarixə keçirilsin.

- Əvəzedici heyətlərin 6-cı turunun “İnter” - “Neftçi” matçı 30 sentyabr 2017-ci il tarixindən başqa tarixə keçirilsin.

Xəbər 1651 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +