Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


12.09.2017  10:35 

Avropada Azərbaycan futbol klubu yaradıldı





A+  A-

Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə Almaniyanın Köln şəhərində, “AZE Nakhchivan” SK futbol klubu yaradılıb.
Assambleyanın mətbuat xidmətinin XəzərNews.az-a veridiyi məlumata görə, klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır. Diqqəti bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına Avropalıların diqqətini cəlb etməkdir. Eyni zamanda professional futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir.
Klubun 10.09.2017-ci ildə keçirilən iclasında JugendSport Köln-96 (Gənclərbirliyi) klubunun baş direktoru, alman vətəndaşı, futbol mütəxxəsisi Aydın Karaca “AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, “DSK” futbol klubunun baş məşqçisi Serdar Demir klubun icraçı direktoru, klubun rəhbərinin müavini Nana İzak (Qanalı futbol mütəxxəsisi), Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs, “Araz Naxçıvan” futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib.
Ancaq klubun daha bir uğuru isə artıq kluba aid stadionların, futbol üçün geniş imkanlarının olmasıdır.
Beləki klubun artıq 1 yaşıl, 4 mini meydançası, futbolçuların asudə vaxtlarının keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir. Bütün bunlar Köln Bələdiyyəsinə aid olsa da, klub bütün görüş, təlim məşqlərini burada edəcək.
İclasda eyni zamanda, klubun nizamnaməsi, fəaliyyət proqramı, loqosu qəbul olunub və yaxınlarda klubun təqdimat mərasimin keçirilməsi qərarlaşdırılıb.
Qeyd edək ki, klubun 9, 13, 18 yaşlılardan ibarət qurulması planlaşdırılıb. Klubun yaradılması ilə bağlı rəsmi sənədlər bir neçə gün içərisində Almaniya Federativ Respublikasının ədliyyə orqanlarına təqdim ediləcək. Habelə Alman Futbol Federasiyasından qeydiyyatdan keçməsi üçün də müraciət olunacaq.
O da bildirilir ki, klub amatör xarakter daşımır yaxınlarda çempionatda iştirak etməsi üçün rəsmi müraciət olunacaq.

Xəbər 1727 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +