“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb
Ukrayna PUA-larla Saratovu vurdu
Azərbaycanda əfv gözlənilir -VİDEO
Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür?
Azərbaycan səfiri çağırış ETDİ -VİDEO
DTX Azər Bağırovu Azərbaycana GƏTİRDİ
Bullinqə məruz qalan şagird özünü öldürdü


07.02.2025  17:20 

Kreml İlham Rəhimovun bazarını müsadirə edə bilərmi?





A+  A-

Rusiyanın hakim partiyası "Yedinaya Rossiya"nın parlamentdəki təmsilçiləri ölkəmizdə "Rossotrudniçestvo”nun fəaliyyətinin dayandırılmasına görə Kremlin cavab tədbirləri görməli olduğuna dair fikirlər səsləndirirlər.

Azərbaycanlı miqrantların ölkədən çıxarılması, Rusiya vətəndaşı olan həmyerlilərimizin isə Ukraynaya ilə müharibəyə göndərilməsi kimi çağırışlar da olur. Hətta deputatlardan biri “Krokus” şirkəti və “Sadovod” ticarət kompleksinin az qala müsadirə edilməsi təklifini irəli sürür. Bu təklifi Moskvada mərkəzdənqaçma meyillərinin gücləndiyinin göstəricisi də hesab etmək olar. Çünki “Sadovod” həm də prezident Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.

"Sadovod"u hədəfə gətirməyə çalışan hakimiyyətyönlü propaqandistlər deyəsən rəhbərlərinə meydan oxumağa başlayıblar.. Təbii ki, qeyd olunan çağırış və təkliflərin arxasında başqa mətləblər də dayana bilər. Bütün hallarda görünən odur ki, Kremlin bəslədiyi deputat və "ekspertlər" hər şey edirlər ki, Azərbaycan konkret olaraq desin ki, "Proşay ne mıtaya Rosiya"!

Rus ayısı elə hesab edir ki, bunlar istədiyini edə bilər, Azərbaycan isə boynunu büküb heç nəyə reaksiya verməməlidir. Görünür, özümüz qudurtmuşuq. Amma heç nəyi unutmamışıq! Yaşadığımız faciələrin arxasındakı əlləri unutmaq olarmı?..

...İtirən Rusiya olacaq. Bütün dünyanı özünə düşmən etdiyi bir vaxta Azərbaycan kimi, sözünün ağası, prinsiplərinə sadiq, mövqeyi ədalətə söykənən, münasibətləri qorumaq üçün sona qədər soyuqqanlı davranan bir dövlət, özü də güclü bir dövləti itirmək ən azı Putinin maraqlarına uyğun deyil.

Nicat Dağlar


Xəbər 813 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?

11.02.2025  12:01 

Prezident Pezeşkianı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +