Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


24.09.2021  20:05 

Fərid Cabbarov dünya çempionu olub





A+  A-

Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə gənclərin dünya çempionatı keçirilib. Mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib. Onların hər ikisi medalçılar sırasında yer alıb.

XəzərNews xəbər verir ki, Təmsilçimiz Rübail İbrahimli (70 kq) startda yerli güləşçini çətinliklə üstələyib. Daha sonra Ukrayna güləşçisinə məğlub olan həmyerlimiz Moldova idmançısına qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda daha bir Moldova təmsilçisi üzərində qələbə qazanan R.İbrahimli adını finala yazdırıb. Ancaq R.İbrahimli həlledici görüşdə ukraynalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Təsnifat mərhələsindən mübarizəyə başlayan Fərid Cabbarov (80 kq) əvvəlcə rumıniyalı rəqibindən güclü olub. Rumıniyadan olan daha bir güləşçini vaxtından əvvəl məyus edən F.Cabbarov Ukraynanın iki pəhləvanını da xal vermədən məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda da Rumıniya idmançısına qalib gələn təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Ukrayna güləşçisinə heç bir şans tanımayan F.Cabbarov dünya çempionu olub.

Qeyd edək ki, bir gün əvvəl yeniyetmələrin analoji yarışında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanmışdı. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Xəbər 2081 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +