Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


12.02.2020  11:45 

Hövsanda sosial evlərin tikintisi başa çatdı - Mənzillər satışa çıxarılacaq





A+  A-

“Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektar ərazidə inşa olunan Hövsan Yaşayış Kompleksində tikinti-quraşdırma işləri yekunlaşdırılıb”.
Bu barədə XəzərNews.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Qeyd olunub ki, kompleks ümumilikdə 2962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir:

“Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Mənzillərin layihələndirilməsi zamanı ölkəmizin şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük əsas həyətlərlə yanaşı Avropanın cənub şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlər də planlaşdırılıb. Bununla da bütün mənzillərin təbii havalandırılması mümkün olacaq.

Hövsan Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şərait yaradılıb, geniş həyətlər və uşaq oyun meydançaları tikilib, yaşıllıqlar salınıb. Eləcə də, Kompleksin ərazisində hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik bir ümumtəhsil məktəbi və tibb mərkəzi tikilib”.

Rəsmi məlumata görə, yaxın zamanlarda mənzillərin satışı barədə elan veriləcək.

Qeyd edək ki, 2017-ci ilin dekabrın 24-də Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib.

Xəbər 1637 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +