Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


22.02.2018  15:21 

Bağça müdirəsinə 8 il həbs verildi, amma azadlıqda qaldı





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən bağça müdiri İlahə Ziyadovaya hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Ziyadova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin onun himayəsində 4 yaşında azyaşlı övladı olduğundan hökmün icrası uşağın 14 yaşı tamam olanadək təxirə salınıb.

Onun həmin müddətə qədər azadlıqda qalmasına qərar verilib.

İttihama görə, İ.Ziyadova bir neçə nəfəri bağçaya müəllimə kimi işə düzəltməyə söz verib. Bunun qarşılığında onlardan müəyyən məbləğlərdə pul da alıb. Amma bir neçə ay sonra işə götürülən şəxslər vəd edilən əmək haqlarını ala bilməyiblər. İşə düzəlmək üçün verdikləri pulu tələb edərkən isə müdirə ilə fikir ayrılığı yaşayıblar. İ.Ziyadova aldığı pulları qaytarmadığından işçiləri ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Şikayətlər əsasında İ.Ziyadova barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 162-1.1-ci maddəsi ilə ittiham edilir.

Xəbər 1765 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +