Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.02.2017  15:12 

Masazırda çökmə, sürüşmə və uçqun olub





A+  A-

Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov faktı təsdiqləyərək bildirib ki, Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan ərazidə böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib.

Onun sözlərinə görə, sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır, yamacın maililiyi 20-25 dərəcə təşkil edir: “Ərazidəki süxurlar yuyulmaya, həll edilməyə meyllidir. Atmosfer yağıntılarının, qrunt və kanalizasiya sularının təsirindən süxurların həll olunması nəticəsində ərazidə qeyri-bərabər çökmə-sürüşmə hadisəsi baş verib. Bəzi yerlərdə qırılma qaşının hündürlüyü 20-40 sm-ə qədər dəyişir, ayrı-ayrı lokal sahələri əhatə edir”.

R. Həsənov qeyd edib ki, ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılması müşahidə olunub. Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub.

(apa.az)

Xəbər 4338 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +