Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


26.12.2019  16:09 

Vahid Ələkbərov bir ilə 5,3 milyard dollar qazanıb





A+  A-

“Forbes” jurnalı 2019-cu ildə daha çox gəlir əldə edən rusiyalı milyarderlərin siyahısını açıqlayıb.
XəzərNews.az-ın nəşrin rəsmi saytına istinadən verdiyi xəbərə görə, siyahıya “İnterros” holdinqinin rəhbəri və “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin liderlik edir. O, cari ildə 7, 8 milyard dollar qazanaraq sərvətini 23,8 milyard dollara yüksəldib.

İkinci yerdə “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. İş adamı bu il 5,9 milyard dollar əldə edərək sərvətini 27 milyard dollara çatdırıb.

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov isə üçüncü yerdə qərarlaşıb. O, 5,3 milyard dollar qazanıb. Hazırda sərvəti ümumilikdə 23,8 milyard dollar təşkil edir.

Dördüncü yerin sahibi “Novateka” və “Sibura”nın direktorlar şurasının üzvü Qennadi Timçenkodur. O, 2019-cu ildə 4,1 milyard dollar qazanıb, sərvəti 22,7 milyard dollardır.

Beşinci yerdə isə “Severstali” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov qərarlaşıb. Biznesmen 3,8 milyard dollar əldə edib, 20,2 milyard dollar sərvəti var.

Xəbər 1878 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +