Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


11.09.2017  12:28 

İngiltərənin məşhur nəşri “Qarabağ”dan yazdı





A+  A-

Məşhur “Teleqraf” nəşri bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ” klubu haqqında yazı hazırlayıb.
XəzərNews.az xəbər verir ki, yazıda Azərbaycanın işğal olunmuş ərazilərindən və klubun “qaçqın” statusu daşımasından danışılıb.

“ “Qarabağ” işğal edilmiş əraziləri təmsil edir. Bu komandanın tarixi stadionu “İmarət” olub. Amma illərdir onlar Bakıda oynayırlar. Erməni işğalı nəticəsində bu klub didərgin düşüb. Komanda Azərbaycan çempionatında mübarizə aparır. Onlar son 4 mövsümü qalib kimi başa vurublar”.

Daha sonra Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlama verib: “Bu klub Azərbaycan azarkeşləri üçün hər şeydir. Çünki işğal olunmuş torpaqları təmsil edir. Biz də bu həqiqətləri dünyaya çatdırmağa çalışırıq”.

Komandanın sabiq hücumçusu Müşviq Hüseynov da fikirlərini bildirib: “Biz heç zaman inanmırdıq ki, bu davam edəcək. Çünki müharibə zamanı həyatımız risk altında idi. Toplanışlar və məşqlər zamanı stadiona mərmi düşürdü. Həmin dövlrlərdə insanlar daha cəlbedici futbol tələb edirdi. Biz 10 min nəfərlik stadionda 15 min azarkeş görürdük. Müharibə zamanı isə “Qarabağ” hadisəyə çevrildi”.

“Qarabağ”ın Ağdamdakı son mövsümdəki kapitanı Şahid Həsənov danışır: “1992-ci ildə stadiona bomba düşmüşdü və çuxur yaranmışdı. Həmin çuxuru doldurmaq məcburiyyətində qaldıq. O vaxt biz döyüş olduğunu bilirdik və havada təyyarələr uçurdu. Amma biz ölməkdən qorxmurduq. Ağdam bizim evimiz idi və biz döyüşçülər üçün futbol oynamalı idik, borcumuz idi”.

Böhranın artdığına görə, futbol klubu xalqın yaşamaq üçün iradəsinin simvolu oldu. Qarabağın Ağdamdakı son mövsümündə kapitanı Şahid Kasanov deyir: "1992-ci ildə bir matçdan əvvəl biz yerimizi oynaya biləcəyi bir bomba ilə sahəyə bir çuxur doldurmaq məcburiyyətində qaldıq. O vaxt biz bir döyüşdə olduğumuzu bilirdik. Təyyarələr ən çox gündüz yükləndi. Amma biz ölmədən qorxmurduq. Ağdam bizim evimiz idi və bizim üçün döyüşənlər üçün bu insanlar üçün futbol oynayacağıq”.
Məşhur nəşr erməni politoloq Arsen Zaqaryanın fikirlərinə də yer verib: “İnsanlar bilir ki, “Qarabağ” Azərbaycanda oynayır. Bu da onları inandırır ki, Qarabağ torpağı Azərbaycanındır, Ermənistanın deyil. Nəticədə bu da siyasi bir layihədir”.

Xəbər 1532 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +