“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


05.01.2019  10:07 

ABŞ Dövlət Departamentində yeni təyinat





A+  A-

ABŞ prezidenti Donald Trampın İŞİD-ə qarşı Qlobal Koalisiyanın xüsusi nümayəndəsi postuna yeni təyinat olub.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ötən ilin 19 dekabrında Trampın Suriyadan geri çəkiləcəyini açıqlamasından sonra 22 dekabrda istefa verən Brett Makqurkun yerinə Ceyms Cefri təyin edilib.

Cefri İŞİD terror qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələlərini əlaqələndirəcək.

ABŞ Dövlət Departamentindən bildirilib ki, Cefri ABŞ əsgərlərinin Suriyadan çıxarılmasının uğurlu şəkildə icra edilməsi məsələsində də koordinasiya quracaq.

Qeyd edək ki, İraqın federativ quruluşunun memarı olan Makqurk bu ölkədə etnik və məzhəbə əsaslanan xaos yaratmaqla tanınıb. Daha sonra Suriyada PKK terror təşkilatına verdiyi dəstəklə də diqqət mərkəzində olub.

Xəbər 1383 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +