Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


16.10.2020  16:48 

“E-sosial” portalının aktiv istifadəçisi 800 minə çatdı





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş funksional imkanlara malik “e-sosial” internet portalından aktiv şəkildə istifadə edənlərin sayı bu il də ciddi şəkildə artaraq 800 minə çatıb. Portaldan istifadə sayı isə 41,1 milyon dəfə olub.
XəzərNews.az-a daxil olan məlumata görə, ölkənin sosial reyestri olan portal vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində onlayn rejimdə faydalanmaq imkanı yaradır. Portalın Android və İOS əməliyyat sistemləri üçün tətbiqləri də fəaliyyət göstərir.

Xatırladaq ki, beynəlxalq internet saytları üzrə istifadə statistikalarını paylaşan alexa.com saytının (ABŞ, San-Fransisko) bu ilin aprelində açıqladığı “Azərbaycanın top saytları” siyahısında e-sosial.az portalı ölkəmizdə ən çox müraciət olunan saytların ilk beşliyində (google.com, youtube.com, google.az, wikipedia.org saytları ilə birgə) qərar tutmuşdu.

Xəbər 2129 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +