Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


08.10.2019  16:49 

Milli Şura Bakıda piket keçirib - Yenilənib





A+  A-

Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısındakı razılaşdırılmış piketi başa çatıb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Şuranın üzvü Tofiq Yaqublu məlumat verib. O qeyd edib ki, piketdə razılaşdırılandan çox adam olmayıb:

“Biz Bakı Şəhər İcra Hakimiyyətindən 50 nəfərlik piket üçün icazə almışdıq. BŞİH-in qərarına uyğun ayrılmış əraziyə 50 nəfər Milli Şura üzvündən başqa heç kim buraxılmadı. Hətta polislər bir –bir sayaraq, bizə icazə verdilər. Buna baxmayaraq, ətrafda minlərlə insan, media nümayəndələri, sakinlər piketi izləmək üçün toplaşmışdı. Əlavə qruplara polis tərəfindən müdaxilə edilib”.

xxxxx

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piketə başlayıb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Şuranın üzvü Vahid Məhərrəmli məlumat verib. O bildirib ki, hazırda İcra Hakimyyətinin qarşısından “Sabir” Bağına və Prezident Administrasiyasına doğru insanlar yığışıb:

“Minlərlə Bakı sakini, rayonlardan gələnlər bu aksiyanı müşahidə etmək, qoşulmaq istəyirlər. Piketin özündə isə 50 nəfər nəzərdə tutulub”.

Vahid Məhərrəmli əlavə edib ki, polis aksiyaya nəzarət edir, hətta müdaxilələr olur:

“Piket iştirakçıları Bakı Şəhər İcra Hakimiyyətinin ətrafına buraxılmır”.






Xəbər 1982 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +