Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


23.06.2017  10:26 

Telman İsmayılova daha bir şok





A+  A-

Rusiyalı Azərbaycan əsilli sahibkar, AST Şirkətlər Qrupunun təsisçisi Telman İsmaylovun ABŞ-ın Las Veqas şəhərində yerləşən ümumi sahəsi 7 min kv.m olan ticarət mərkəzinə həbs qoyulub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, həbs qərarı "Moskva Bankı"nın iddiası əsasında verilib. Məlumata görə, hazırda T.İsmaylovun "Moskva Bankı" qarşısında borunun həcmi 19 mlrd. rubl təşkil edir.

"Moskva Bankı ABŞ məhkəməsinə müraciət edərək kreditlər üzrə ödəmələri dayandıran və əldə etdiyi vəsaitləri ölkədən çıxararaq xarici ölkələrdə qohumlarının adına daşınmaz əmlak əldə edən Telman İsmaylovu dələduzluqda ittiham edib. Məhkəmə ticarət mərkəzinə həbs qoyaraq kreditorun iddialarını cavablandırmaq üçün cavabdeh tərəfə vaxt verib", - deyə bankın xəbərində bildirilir.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.

Moskva məhkəmə onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.

Xəbər 1905 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +