Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.05.2017  14:27 

Azərbaycanda poliklinika 200 minə satıldı





A+  A-

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirib.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərə görə, hərracda paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.

Hərrac prosesində ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən Gəncə şəhər 4 saylı Təsərrüfat hesablı poliklinika olub. Qeyd olunan əmlak 212 min 500 manata özəlləşdirilib. Özəlləşdirilən obyektin ümumi faydalı sahəsi 577.8 kv.m-dir. Özəlləşdirilən qeyri yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Gəncə və Şəmkir şəhərində yerləşir.

Hərracda özəlləşdirilmiş 3 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir.

Xəbər 1848 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +