Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


03.05.2017  13:36 

İpotekada olan mənzilə əmlak vergisi tələb edilə bilərmi?





A+  A-

Yeni Günəşli AB yaşayış massivində yaşayan sakinlər bələdiyyə tərəfindən onlara təqdim edilən əmlak vergisi bildirişlərindən narazıdırlar.
Onlar sayta müraciət edərək qeyd ediblər ki, bir il ərzində 7 manat məbləğində ödənilməli olan əmlak vergisi yığılaraq bir neçə ildən sonra bina sakinlərinə təqdim olunub. Bu da hardasa 50 manata yaxın borcdur. Əgər Qaraçuxur bələdiyyəsi vaxtında bildirişləri təqdim etsəydi, borclar bu qədər yığılmazdı və bizə də məbləği ödəmək asan olardı. Eyni zamanda, mənzili ipotekada olan sakinlərə də əmlak vergisi hesablanılıb.

Sayt məsələ ilə bağlı Qaraçuxur bələdiyyəsinin Vergilər şöbəsinin müdiri Abdulla Məmmədovla əlaqə saxlayıb. O, bildirib ki, əgər mənzil ipotekadadırsa, vətəndaş bununla bağlı sənədləri hazırlayaraq bələdiyyəyə təqdim etməlidir: “Əgər həqiqətən də mənzil bankın mülkiyyətində olarsa, o zaman həmin mənzilə əmlak vergisi təyin olunmayacaq.

Bundan əlavə, biz hər il binalar üzrə əmlak vergisi barədə bildirişləri sakinlərə paylayırıq. Ancaq sakinlər bunu ödəmir və borc illərlə yığılıb qalır. Yəni, bizim tərəfimizdən heç bir problem yoxdur. Biz Vergilər Məcəlləsinin 197 və 200- cü maddələrinə əsasən əmlak vergisini vətəndaşlardan yığırıq”.

(qafqazinfo.az)

Xəbər 1592 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +