Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


28.04.2017  13:26 

Deputatdan sərt TƏNDİQ: “Bunu Rüfət Aslanlıya da çatdırın”





A+  A-

“Belə bir sənədin qəbulu əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması baxımından çox vacibdir”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Əli Məsimli deyib.

Deputat bildirib ki, bu sənəd qəbul olunacağı halda onun gələcəkdə işləməsi üçün ölkədə iqtisadi fəallıq artırılmalıdır: "İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır".

Ə.Məsimli növbəti dəfə kreditlər üzrə faizlərin yüksək olmasından şikayətlənib.

"Axı, 28-30%-lə neçə iş görmək, məsələn, biznes qurmaq olar? Buna görə, hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır. Kredit faizləri yumşaldılmalı, aşağı salınmalıdır. İnsanları, sahibkarları bu cür kredit faizləri altında inlətmək olmaz.

Bu məsələyə artıq insaflı yanaşma olmalıdır. Elə bir şərait, mühit yaradılmalıdır ki, banklara axın olsun. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya da çatdırın”.


Xəbər 2691 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +