Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


26.04.2017  15:24 

23 mindək vergi ödəyicisi fəaliyyətini bərpa edib





A+  A-

“Yanvar-mart ayları ərzində 22.865 vergi ödəyicisi fəaliyyətini bərpa edib”.
XəzərNews.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini Elçin Məmmədov öz məqaləsində bildirib.
E.Məmmədov deyib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4% çoxdur:
“Eyni dövrdə 8071 və ya ötən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çox təsərrüfat subyekti fəaliyyətini bərpa edib. Fəaliyyətini dayandırmış təsərrüfat subyektlərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9% azalıb.
Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan şəxslər də «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz»in alınması ilə bağlı xidmət mərkəzlərinə müraciət etdikdə sabit vergi üzrə qəbz yerindəcə hazırlanır və möhürlənərək vergi ödəyicilərinə təqdim edilir”.
Onun sözlərinə görə, bu qəbildən olan vergi ödəyiciləri ilə aparılmış məlumatlandırma işləri nəticəsində aprelin 1-nə qəbz almış vergi ödəyicilərinin sayı 953-ə çatıb.

Xəbər 1514 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +