Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


14.04.2025  11:55 

Əhməd əş-Şaranın ginekoloq qardaşını Rusiya ilə bağlayır?





A+  A-

“Suriyanın yeni hökumətində prezident administrasiyasının rəhbəri, başqa adı administrasiyasının baş katibi Mahir əş-Şara Rusiyada tibb təhsili alıb, vətəndaş müharibəsi illərində Voronejdə ginekoloq işləyib. Həyat yoldaşı da Tatyana Zakirovadır, güman ki, tatardır”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə araşdırmaçı jurnalist Kənan Rövşənoğlu çıxış edib.

K.Rövşənoğlu bildirib ki, mediaya inansaq Zakirovanın böyük biznesi var və şirkətləri dövlətdən böyük məbləğdə sifarişlər alır:

“Faktiki olaraq Suriyanın ikinci adamı, prezidentin qardaşı Rusiyanın adamdır. Mümkün deyil ki, ən azı vətəndaş müharibəsi illərində Rusiya kəşfiyyatı doktor Mahir əş-Şara ilə maraqlanmasın. Üstəlik nəzərə almaq lazımdır ki, Mahirin qardaşı İdlibdə ruslarla vuruşanda və terrorçu siyahısında olanda, qardaşı Mahir Voronejdə qadın doğumları həyata keçirirdi, həyat yoldaşı isə Rusiya dövlətindən sifarişlər alaraq biznesini çiçəkləndirirdi.

İndi bildiniz Rusiyanın iki hərbi bazası niyə və necə qalıb Suriyada?”

Xəbər 2196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +