“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


28.08.2020  14:43 

Rusiyanı tərk etməsi üçün 3 gün vaxt verildi





A+  A-

Rusiya Xarici İşlər Nazirliyi Norveç səfirliyinin yüksək səviyyəli diplomatlarından birini “persona non qrata” elan edib və Rusiyadakı akkreditasiyasına üç gün müddətində xitam verib.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya XİN-in son açıqlamasında qeyd olunub.

“18 avqustda Rusiya diplomatını “persona non grata” elan edən Norveç səlahiyyətlilərinin dostyana olmayan qərarı ilə əlaqədar olaraq, Norveç Krallığının Moskvadakı səfiri Rune Resaland 28 avqustda Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və buna cavab olaraq Norveç səfirliyinin yüksək səviyyəli diplomatlarından birinin Rusiyada “arzuolunmaz şəxs” elan edildiyi bildirilib. Həmin şəxsin Rusiya Federasiyasındakı akkreditasiyasına üç gün ərzində xitam veriləcək. Norveçdəki işçimizin ölkədən çıxması üçün ayırdığı müddət də bu qədər olub”, - deyə açıqlamada vurğulanıb.

Bildirilib ki, Moskva Norveç səlahiyyətliləri tərəfindən davam etdirilən destruktiv xəttin ikitərəfli münasibətlərin atmosferinə mənfi təsir göstərəcəyinə inanır.

“Bu cür siyasətin nəticələrinə görə məsuliyyət tamamilə Osloya aiddir”, - deyə nazirlik əlavə edib.

Xəbər 1978 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +