Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


01.06.2018  12:06 

Türkiyədə təhlükəsizlik gücləndirildi - Seçkilərlə bağlı





A+  A-

Türkiyədə keçiriləcək seçkilərin təhlükəsizliyini gücləndirmək üçün yeni addımlar atılıb.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir kİ, 24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçlkilərində hər hansı bir problemi dərhal araşdırmaq üçün xüsusi mərkəz yaradılıb. Mərkəzdə biri rəhbər olmaqla 4 prokuror səlahiyyət alıb. Qrupun ilk işi Xalq Demokrat Partiyasını hədələyən şəxslərə qarşı əməliyyat olub.

Verilən məlumatlara əsasən, Ankara Cumhuriyyət Baş Prokuroru Yüksel Kocamanın əmri ilə Seçki Kooordinasiya Mərkəzi yaradılıb. Burhan Tezcanla bərabər, terror cinayətləri istintaq bürosunda fəaliyyət göstərən daha 3 prokuror da mərkəzə cəlb olunub.

Koordinasiya mərkəzinin yaradılmasının əsas məqsədi prezident və parlament seçkiləri zamanı təhlükəsizliyi təmin etmək, dövlət nizamı və təhllükəsizliyini pozacaq və dövlətin, millətin bölünməz bütövlüyünü təhdid edəcək hər bir prosesin qarşısını almaqdır.

Bütün görüləcək tədbirlər və əməliyyatlar haqqında Türkiyə Respublikası Baş Prokurorluğuna məlumat verilməlidir.

Xəbər 1306 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +