“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


14.07.2017  08:56 

Rusiya Ermənistanla hərbi sazişin ratifikasiyasını nəzərdən keçirəcək





A+  A-

Rusiya Dövlət Duması 2016-cı ilin noyabrın 30-da Moskvada imzalanmış Ermənistanla birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişin ratifikasiyasını nəzərdən keçirəcək.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ssaziş və sənədin əlavəsi Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının tətbiqi, formalaşdırılması qaydası, yerləşdirilməsi və təyinatını müəyyən edir.

Qeyd olunur ki, birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir.

Birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı hücum hazırlığını vaxtında müəyyənləşdirmək və dəf etmək; ölkələrin sərhədlərini quru hissəsini qorumaq; Rusiya və Ermənistanın dövlət sərhədlərinin hərbi-kosmik məkanda mühafizəsinin həyata keçirmək; həmçinin hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir.

Qoşun qruplaşmasının idarəsi üçün birləşmiş komandanlığı yaradılması nəzərdə tutulur. Qoşunların yerləşdirilməsi və tətbiqi barədə qərar Rusiya və Ermənistan silahlı qüvvələrin ali baş komandanları tərəfindən birgə qəbul edilir.



Xəbər 1221 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +