Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


11.10.2021  21:57 

Bizə yaxşı tamaşa göstərin!





A+  A-

Kinoteatrların açılması xəbərini sevinclə qarşıladım. Tamaşaçı tutumunun 50 faizdən çox olmamasından, zalda maska ilə, sosial məsafə gözləməklə oturmaqdan belə məmnun qaldım. Gözəl sənətlə yaranan canlı təmasın pandemiyanın qorxunc xofunu üstələməsi hissinin isə ayrıca sevinci var.

Böyük salonda yaxşı bir tamaşa və ya film izləməyin həyəcanını, yaratdığı xoş emosiyanı təsvir etmək çətindir. Bu hiss yalnız teatr və kino həvəskarlarına yaxşı tanışdır.

Aktyorlar "pandemiya bizi səhnədən, tamaşaçılardan uzaq saldı”- deyə gileylənməkdə davam edirlər. Tamaşaçıların "az qala kinoteatrların yolları yadımızdan çıxdı” narazılıqları hələ də eşidilir. Pandemiya kinoteatrlarla tamaşaçılar arasında təması çox pis qırdı.

"Z” nəslin marağı

Sinemaların afişalarında əsasən xarici ölkələrin istehsalı olan filmlər yer alır. Gənc nəsil fantastik, detektiv, 3D və ya 5D filmlərinə baxmağı xoşlayır. Z (zet) nəsli teatrı sevmir. Onların başqa mədəniyyət kodu var. Qloballaşma və postmodernizm dövründə dünyaya göz açan bu gənclər daha çox texnologiyalarla, robotlaşdırma ilə maraqlanır. İki saat boyunca teatr zalında oturmaq "sükut nəsli”nin xarakterinə yaddır. Ən yaxşı halda əllərindəki iri qutu popkornlarla lojalarda özlərinə yer edib yaşıdları ilə kino zallarında film izləyirlər.

Maraqlı tamaşa olacaqmı?

Teatrlara gəlincə... Bax burda dərindən nəfəs almaq lazım gəlir. Pandemiyadan qabaqkı vaxtları nəzərdə tutsaq, repertuarlar həmişə təkrar tamaşalar və ya eyni müəlliflərin əsərlərindən ibarət olub. Ona görə, teatrların açılması ilə bərabər "hansı maraqlı tamaşa təqdim edəcəklər?” sualı da yaranır. Gənc dramaturqlar "bizim əsərlərimizlə maraqlanan yoxdur” deyə narazılıq bildirirlər. Yaşlı ədəbiyyat adamlarının və ya bəstəkarların bir çoxunun "illərdir bir neçə pyesim və ya illər öncə yazdığım libretto əlimdədir” şikayətləri həmişəki kimi eşidilir. Rejissorların və teatr rəhbərlərinin "yaxşı tamaşa üçün yaxşı pyes lazımdır” fikirləri də ənənəvi formasını itirməyib.

Onlayn tamaşalar

Düzdür, COVID-in tüğyan etdiyi vaxtlarda dünya ölkələrində tamaşalarını onlayn oynayan və bundan qazanc əldə edən bir çox teatr kollektivləri oldu. Bizdə də distant tamaşalara cəhd edildi. İnternetdə demək olar ki, istənilən dünya teatrının tamaşalarını heç bir vəsait ödəmədən izləyə bildiyimiz zamanda canlı teatrla onlayn tamaşaların müqayisəsi yarandı. Tamaşaçı bir daha anladı ki, indi TV şoularını, eksklüziv serialları, filmləri və s. izləyə biləcəkləri bir vaxtda "salondakı tamaşaçı, səhnədəki aktyorlar” sistemini heç nə əvəz edə bilməz. Bu ən sübut edilmiş ünsiyyət formatıdır və populyarlığını heç vaxt itirməyəcək. Məhz bu təmasdan hisslər və düşüncələr doğulur.

Rejissor və aktyorların növbəsi

Teatral tamaşaçı və kinomanlar həmişə var. Sadəcə, pandemiyanın xofundan tamamən uzaqlaşa bilmədiyimiz bir vaxtda tamaşaçını zala yığmaq üçün ona yalnız yaxşı sənət nümunəsi təqdim etmək lazımdır. İstər kinoda olsun, istərsə də teatrda. İndi meydan rejissor və aktyorlarındır. Zaldakı tamaşaçı isə pərdələrin açılmasını həmişə səbirsizliklə gözləyir...

Təranə Məhərrəmova

Xəbər 1930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +