“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir


06.10.2017  20:31 

“Əxlaqsız aparıcı əxlaqdan danışmasın!” - Xalq şairindən sərt çıxış





A+  A-

"Dil varsa xalq var, dil yoxdursa xalq da yoxdur. Dil ana südü kimidir, necə ki ana südü ilə qidalanmayanlar ömür boyu xəstə olur, dili də erkən yaşdan mənimsəməyən şəxslər hər zaman problemlərlə üzbəüz qalırlar”.
XəzərNews.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dilinin problemlərinin müzakirəsinə həsr olunmuş konfransda çıxışı zamanı deyib. S. Rüstəmxanlı dil qaydalarını pozan TV aparıcılarından da danışaraq, onları sərt tənqid edib: "Dil çox ciddi məsələdir, əgər dil varsa, xalq da var, dil yoxdursa, həmin xalq da yox olur. Məktəblərdə, təhsil ocaqlarında ana dilinin öyrədilməsi məsələsinə xüsusi diqqət yetirməliyik. Xüsusən də rusdilli məktəblərdə ana dili necə öyrədilir? Axı onlar da bizim ölkəmizin vətəndaşlarıdır. Aparıcıların TV-də yol verdikləri yanlışları ön plana çəkirik. Əvvəlcə baxmaq lazımdır ki, bu aparıcı hansı əxlaq yiyəsidir? Əxlaqsız adam TV-də əxlaqdan, mənəviyyatsız adam mənəviyyatdan danışmasın! İnsanın, aparıcının daxili aləmi, mənəviyyatı gözəl olmalıdır, təkcə zahirən gözəl olmaqla iş bitmir. Bəzən rus dilindən hansısa sözü işlədəndə heç kim pis qarşılamır. Amma Türkiyə türkcəsində bir söz eşidəndə həmin an tənqid edirlər. Axı niyə?! Axı Türkiyə türkcəsi bizə doğma dildir. Biz məhz türk dillərindən sözlər götürməklə dilimizi zənginləşdirməliyik. Başqa bir problem də küçədə sorğu götürən TV əməkdaşları ilə bağlıdır. Yoldan keçən vətəndaşa yaxınlaşıb fikrini soruşurlar, amma baxmırlar ki, həmin adam Azərbaycan dilində danışa bilir, ya yox? Bunlara diqqət etmək lazımdır. Eybəcər müraciətləri, ifadələri yığışdırmaq lazımdır”.

Sabir Rüstəmxanlı əlavə edib ki, müəssisələrə xarici dillərdə adların verilməsi bir sıra problemlərə gətirib-çıxarır: "Müəssisələrə ad seçilərkən ciddi nəzarət edilməlidir. Biz hər zaman "karvansaray" sözünü dilimizdə istifadə etmişik, indi isə bizə deyirlər ki, yox, mütləq plaza deməlisiniz. Axı nəyə görə? Bunlar öz millətini, dilini sevməyən insanlardır. Necə ki övladlarımıza ad qoyanda müəyyən məhdudiyyətlərlə qarşılaşırıq, eləcə də, bu qaydalar müəssisələrə ad verilərkən də tətbiq olunmalıdır".

Xəbər 1713 dəfə oxunub.




02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +