“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


06.05.2019  13:43 

“Meydan TV”nin jurnalistlərinə qadağa GÖTÜRÜLDÜ





A+  A-

Bu gün, mayın 6-da dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunub və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.
XəzərNews.az “Turan”a istinadən xəbər verir ki, həmin qadağa dörd il ərzində - 2015-ci ildən qüvvədə idi.

“Bizi idarə rəisi Eldar Əhmədov qəbul etdi və özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”, - jurnalist Natiq Cavadlı agentliyə deyib.

Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə Cəlilova və Rasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” üçün materiallar hazırlamış daha ən azı səkkiz jurnalist barəsində ləğv ediləcək.

Ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” internet portalı ilə əməkdaşlıq etmiş jurnalistlər qrupu barəsində cinayət işi ilə bağlı tətbiq edilmişdi.

Xəbər 1436 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +