“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


24.01.2025  12:47 

Bu avrokubok “Qarabağ“ üçün niyə uğursuz alındı?





A+  A-

İlk gördüyüm odu ki, bu məğlubiyyət türklər demiş, Hocaya yazar. Faydalı iş əmsalı nəinki 0 olan, hətta hər keçən dəqiqə komandanın ziyanına işləyən Aleksey Kaşuku 80 dəqiqə meydanda saxlamağın heç bir izahı yoxdu. O əvəzetmə vaxtında edilməli, ikinci hissənin əvvəli və ortalarındakı basqı və sürət davam etdirilməli, gücləndirilməli idi. Olmadı, edilmədi.

* * *

Liqa mərhələsində keçirdiyi 6 matçda heç bir qolu başla vura bilməyən "Styaua" hər 3 topu standart vəziyyətdən həll elədi, elə başla da qollar vuruldu. Müdafiə xəttinin belə aşkar boşluqlar verməsi, eyni zamanda qapıçı Buntiçin kobud səhvi də işləri korladı.

* * *

Desək ki, komanda mübarizə aparmadı, səhv etmiş olarıq. Elvin Cəfərquliyev və Marko Yankoviç Avropanın üst səviyyəsində futbolçulardılar, onların bugünkü performansı ayaq üstə alqışa layiqdi.

Kollektiv olaraq isə 10-12 dəqiqəlik aralıqlarla əldə edilən üstünlüyün məntiqi sonluğa çatmamasını sırf konsentrasiya azlığına bağlamaq olar. Aşkardı ki, "Qarabağ" son zamanlarda yaşadığı çətinliklərdən ayıla bilməyib. Ardıcıl problemlər mövsümün əvvəlindəki enişin davamı kimi oldu və bu gedişatı çevirmək, müsbət istiqamətə yönləndirmək mümkün olmadı.

* * *

Qarşıda daha ətraflı analiz etmək, fikirlər söyləmək üçün vaxtımız olacaq. Dəqiq deyəcəyimiz şey budu ki, bu avrokubok mövsümü "Qarabağ" üçün uğursuz alındı. Bu artıq mülahizə yox, faktdı.

* * *

"Olimpiakos" səfəri qalıb. Onu da bitirib heyəti düzəltməyə başlamaq lazımdı. Müdafiəyə də, orta xəttə də, hücuma da yaxşı transferlər lazımdı. Gələn sezonda da hazırkı vəziyyəti yaşamamaq üçün səhvlərdən nəticə çıxarılmalıdı.

Kənan Məstəliyev

Xəbər 1689 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +