Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq


27.12.2023  16:39 

Bu rayonların inzibati ərazi bölgüsü qismən dəyişdi





A+  A-

Prezident İlham Əliyev Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Xəzərnews.az xəbər verir ki, qanuna əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.

Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.

Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.

Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin dövlət mülkiyyətində olan 139 ha torpaq sahəsi, habelə ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin dövlət mülkiyyətində olan 1 025 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.

Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.

Ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Məzrə kəndinin dövlət mülkiyyətində olan 329 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.

Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.

Ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Alıcan kəndinin dövlət mülkiyyətində olan 384,0 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.

Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Ağdam rayonunun inzibati ərazisinə verilib.

Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Qubadlı rayonunun inzibati ərazisinə verilib.

Xəbər 4828 dəfə oxunub.




24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +