Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


04.06.2022  12:57 

“Mehriban-düşmən”lərin səyləri: Planda nələr var? – TƏHLİL





A+  A-

Rusiyanın Ukraynaya hücumu başlayanda, Qərb də, Çin də gözləmə mövqeyinə çəkilərək gedişatları təhlil etdi və bir müddət sonra siyasətlərinin istiqamətlərini müəyyənləşdirdi.

Çin Rusiyaya qarşı sanksiyalar dalğasının tərkibində olmasa da, Ukraynanın suverenliyinə hörmət çağırışlarına qoşuldu, hərçənd ki, Moskva-Pekin əlaqələrinin faktiki vəziyyəti Rusiyanın xeyrinə işləyir.

Çinlə Rusiyanı yaxınlaşdıran dəyəri Qərb formalaşdırır, Qərbin Moskva və Pekinə qarşı artan təzyiqləri iki ölkənin əlaqəsini qeyri-rəsmi müttəfiqliyə çevirir.

Rusiya ilə Çinin münasibətləri “mehriban-düşmən” prinsipləri əsasında inkişaf edir, strateji tərəfdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə qalxmaq yolunda sürətlə irəliləyir.

Rusiya-Çin tandemi NATO-nun genişlənməsinə qarşı həm açıq, həm də gizli şəkildə səylərini birləşdirməyə davam edəcəklər.

Sanksiyalar səbəbi ilə bəzi iqtisadi alətlərini itirən Rusiya üçün cari situasiyada Çinlə möhkəm dostluq zəmini yaratmaq hava-su kimi lazımdır. Buna görədir ki, Rusiya Çinə ağız açmaq üçün sistemli iş görür və bunun qarşılığında Çin üçün hansısa təhlükəsizlik təminatlarını verir.

Siyasi üfüqlərdə belə mənzərə Tayvan məsələsində Çinə digər gücün (Rusiyanın) dəstəyini artıracaq, axı partlamaq ərəfəsində olan “Tayvan çəlləyi”nə görə ABŞ-la Pekin arasında hərbi toqquşma ehtimalları artır.

Dünya nizamının format olunması fonunda Rusiya ilə Çin ikitərəfli qarşılıqlı fayda gətirən mexanizmlərini inkişaf etdirəcək. Hazırkı mühitdə isə Çin Moskvaya yardımını davam etdirmək çağırışı ilə qarşı-qarşıyadır, buna görə də, Pekin neytral obrazına xələl gəlmədən Rusiyaya maliyyə, ticarət, texnoloji və hərbi yardım yollarını axtarır.

Rusiya isə, Çin daxilində qaz kəməri və nüvə layihələrini stimullaşdırmaqla Pekinə strateji jestin görünməyən tərəfini nümayiş etdirir.

Çin Rusiyanın qarşısından qaçaraq öz qınına çəkilməyi də bacarır, Ukraynadakı müharibəni təhlil edir. Rusiya ordusunun Ukraynada istədiyini əldə edə bilməməsi Çini daha ağıllı və daha güclü pilotsuz təyyarələr hazırlamağa və ondan istifadəyə sövq edəcək.

Çünki Çinin qarşısında pilotsuz aparatların təkmilləşdirilməsi kimi hərbi tələb dayanıb. Səbəbinə gəlincə, Çinin hazırkı pilotsuz təyyarələri avtomatik hücumları əlaqələndirə biləcək ən müasir süni intellekt elementlərinə malik deyil.

Rusiya Çinlə müştərək müdafiə sənayesi üzərində iştiraka can atacaq, hərçənd ki, Rusiyanın özünün də Çinə rəqib kimi baxdığı nöqtələr var və Kreml də hərbi sferada təkliyə çəkilməyi də çox sevir.

Ümumilikdə isə Rusiya-Ukrayna müharibəsindən qazanclı çıxan Çindir. Bu müharibə fonunda Çinin iqtisadi ekspansiyasının yedəyinə hərbi gücünü inkişaf etdirmək strategiyasını alması Pekinin Şərqi Asiyada hərbi üstünlüyünü artıracaq.

Aqşin Kərimov

Xəbər 1899 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +