Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


23.01.2020  12:36 

Avstraliyada hava limanı yanğınlara görə bağlandı





A+  A-

Kanberra yaxınlığında meşə yanğınları Avstraliya hakimiyyətini sərnişin uçuşları üçün paytaxt hava limanını müvəqqəti bağlamağa məcbur edib.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu tədbir yanğının söndürülməsində iştirak edən təyyarələr üçün hava limanının və uçuş zolaqlarının istifadəsinə imkan verəcək.

Havanın yüksək temperaturu və güclü külək ölkənin şərqindəki bir neçə ərazidə yeni yanğınların yaranmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyi hava limanının cənubundakı nəzarətsiz yanğının şəhərətrafı üç bölgənin sakinləri üçün birbaşa təhlükə yaratdığını açıqlayıb: “Bu şəhərətrafı ərazilərdəki insanlar təhlükə altındadır və yanğın yaxınlaşdıqda dərhal evakuasiya edilməlidirlər”.

Qeyd edək ki, Avstraliya keçən ilin sentyabr bəri əhaliyə, flora və faunaya çox böyük ziyan vuran meşə yanğınlarının görünməmiş bir dalğasına məruz qalıb. Hələ də söndürülməyən təbii yanğınlar nəticəsində milyonlarla hektar ərazi yanıb. Dekabrda isə 27 nəfər ölüb, 2 mindən çox ev dağılıb.

Sidney Universitetin təxmini hesablamasına görə, yanğınlarda milyarddan çox heyvan ölüb.

Xəbər 1472 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +