Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


13.03.2019  16:09 

Meriya 16 mart mitinqinə icazə vermədi





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Qarabağ Komitəsinin 16 mart mitinqi ilə bağlı müraciətinə baxılıb.
XəzərNews.az-ın məlumatına görə, Meriya mitinqin keçirilməsini məqsədəuyğun saymayıb.

İmtina cavabı Meriya tərəfindən Əvəz Zeynallı və Sahib Kərimliyə təqim olunub.

Qarabağ Komitəsi martın 16-da mitinq keçirmək üçün Meriyaya müraciət edib.

Müraciətdə deyilirdi:

“Dağlıq Qarabağ və digər ərazilərin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlıq işinə ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Mitinqin martın 16-da 15:00-dan 17:00-dək Yasamal rayonunu ərazisindəki Məhsul stadionunda keçirilməsi nəzərdə tutulur.

Mitinqdə səsləndiriləcək şüarlar “Qarabağa azadlıq”, “Ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Təslimçi sülhə yox”, “Qarabağda anti-terror əməliyyatlarının keçirilməsini tələb edirik”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik”dir”.

Həmçinin bildirilib ki, mitinqdə eyni məzmunlu plakatlar qaldırılacaq, qətnamə qəbul olunacaq:

“Mitinqin keçirilməsi üçün şəraitin yaradılması, təhlükəsizliyin təmin olunması xahiş edilir”.

Müraciəti imzalayanlar Mirmahmud Fəttayev, Pənah Hüseyn, Sahib Kərimli, Tural Abbaslı, Əvəz Zeynalov olub.

Xəbər 1414 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +