Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


31.12.2017  14:38 

Atasını diri-diri yandıran cəzasından narazıdır





A+  A-

Atasını diri-diri yandırıb öldürməkdə təqsirləndirilən İlyas Mehdiyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, 2017-ci il yanvarın 31-də Maştağa qəsəbəsində baş verib. Axşam saatlarında 80 yaşlı İmdad Mehdiyev oğlu, 31 yaşlı İlyas Mehdiyevlə ailə münaqişəsi zəminində mübahisə edib. O, atasından pul tələb edib, amma pulu olmayan ahıl kişinin oğlu ilə davası düşüb. İçkili olan İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu və evi yandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mehdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib. O isə cəzasının ağır olduğu qənaətinə gəlib və yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. İş icraata götürülüb. İlkin baxış iclası yanvarın 5-də hakim Elşad Şamayevin sədrliyi ilə davam etdiriləcək.

Qeyd edək ki, 80 yaşlı İmdad Mehdiyev Əfv Komissiyasının üzvü, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.

Xəbər 1400 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +