Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


23.05.2017  22:17 

Tramp bu ölkəyə maliyyə yardımını 3 dəfə azaltdı





A+  A-

Ağ Ev bu gün federal büdcənin 2018-ci il üçün nəzərdə tutulmuş layihəsini təqdim edib.
XəzərNews.az-ın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, ABŞ yeni maliyyə ilində Ukraynaya yardımı 3 dəfə azaldıb.

Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən sənəddə qeyd olunur ki, Vaşinqton Kiyevə 203,7 milyon dollar göndərəcək. Belə ki, bu məbləğ 2016-cı ildə 667 milyon dollar təşkil edib. Bu vəsaitin hansı məqsədlər üçün köçürüldüyü məlum deyil.

Qeyd edək ki, ABŞ Ukrayna daxil olmaqla Vyetnam, İndoneziya, Kolumbiya, Pakistan və Filippinə pulsuz hərbi yardımı dayandırıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ölkənin federal büdcəsi ilə bağlı fərmanı mayın əvvəllərində imzalayıb. Qanun layihəsi Konqresin hər iki palatası tərəfindən qəbul edilib. Amerikanın büdcə xərcləri 2018-ci il üçün 1,2 trilyon dollar təşkil edəcək.

Xəbər 1797 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +