Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.02.2017  11:04 

“Azəravtoyol” sürücüləri İTTİHAM ETDİ





A+  A-


“Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq yollarda hərəkət normaldır. Ziya Bünyadov prospekti, Bakı-Sumqayıt yolu, “20 Yanvar” dairəsində yolar tam açıqdır”.

XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

O, digər ərazilərdən aldığı məlumatlara əsasən, hərəkətin fasiləsizliyinin təmin olunduğunu deyib:

“Gecəboyu və səhər saatlarında bizim balansımızda olan küçə və prospektlərdə tədbirlər həyata keçirilib. Xüsusilə Bakı-Sumqayıt yolu, Bakı dairəvi yolunda qabaqlayıcı işlər həyata keçirilib”.

A.Nəcəfli sürücülərin Bakı-Sumqayıt yolunda məhdudiyyət yaranması ilə bağlı saytımıza verdiyi məlumatlara da aydınlıq gətirib:

“Oradakı məhdudiyyət yolun buzlu olmasından deyil. Hazırlıqsız sürücülərin yola çıxması ilə bağlıdır. Biz dəfələrlə xəbərdarlıq edirik ki, hazırlıqsız olaraq yola çıxmayın. Bu gecə Bakı dairəvi yolunda bir neçə avtomobil yolda qalmışdı. Bu da sürücü məsuliyyətsizliyilə bağlı olub. Əksəriyyəti sovet istehsalı, protektoru yeyilmiş, şinləri mövsümə uyğun olmayan maşınlar və təcrübəsiz sürücülərdir. Yollarda qalanda isə yolların təmzilənmədiyi iddiasını irəli sürürlər. Onlar həm bizim texnikamızın hərəkətinə mane olurlar, həm də digər hərəkət iştirakçılarına maneə olurlar”.

“Azəravtoyol” rəsmisi sürücülərə interneti izləyib, məlumatları oxumağı tövsiyə edib:

“Qışda yay paltarı geyinib çöldə gəzmək olmaz. Avtomobil də belədir. Yay şinlərilə qışda sürmək olmaz”.

 



Xəbər 1572 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +