Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.01.2018  19:27 

Piyadanı vurub qaçan sərxoş sürücü həbs edildi





A+  A-

Cəlilabad rayonu ərazisində piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, yanvarın 3-də saat 18 radələrində Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində naməlum avtomobillə 1969-cu il təvəllüdlü Bayramov Seymur Seyfi oğlu vurulub.

S.Bayramov aldığı xəsarətlərdən vəfat edib.

Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə “VAZ 21013” markalı 12 BA 438 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1980-ci il təvəllüdlü, Cəlilabad rayon sakini Məmmədov Şahin Museyib oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 1593 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +