Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


31.12.2017  12:23 

Hindistan vətəndaşı Bakıda saxlanıldı





A+  A-

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsirli maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
XəzərNews.az-ın Dövlət Gömrük Komitəsinə verdiyi xəbərə görə, Bakı-Tbilisi aviareysilə getmək istəyən Hindistan Respublikası vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.

Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan əşyaların arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd üzərində "Tricare SR Tramadol Hydrochloride Sustained Release Tablets IP 100 mg" və 1 ədəd üzərində "Tricare Tramadol Hydrochloride 50 mg & Paracetamol Tablets" yazılmış dərman qutuları aşkar olunub.

Həmin qutulara baxış zamanı isə birində cəmi 180 ədəd, digərində isə cəmi 190 ədəd ağ rəngli həblər aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən həblər "Tramadol" adlı dərman vasitəsidir.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1428 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +