“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


12.10.2023  08:58 

İlham Əliyevin çıxışından sonra həmin video bloklandı





A+  A-

Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışından sonra erməni lobbisinin əsas dayağı hesab edilən Amerikanın Erməni Milli Komitəsi (ANCA) gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvamyın məlum bədnam çıxışı ilə bağlı posta girişi məhdudlaşdırıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, ANCA bu video ilə Azərbaycana qarşı saxta kampaniya qurmuşdu və bu qərəzli video kifayət qədər ciddi müzakirələrə səbəb olmuşdu:

"Cənab Prezidentin məsələyə münasibətindən sonra ermənilər Ramasvamyın saxta çıxışını artıq gizlətməyə çalışırlar.

Qeyd edim ki, dünən bu saxta çıxışa mən də X sosial şəbəkəsində münasibət bildirmişdim:

“Sadəcə biabırçılıqdır: Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutması görüntüləri Azərbaycanın "təcavüzkarlığı" kimi təqdim olunur. ANCA özünü dolaşdırdı və Ermənistanın təcavüzkarlığını bir daha nümayiş etdirdi. Bu namizədin Ermənistanın xristian ölkəsi olduğunu vurğulaması ayrıseçkilikdir. Qafqazda müharibə dini müharibə deyil, işğalçıya qarşı müharibə idi. Bu cür qərəzli çıxışlar regionda Amerika dəyərlərinə inamı sarsıdır.”

Xəbər 3786 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +