İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


24.04.2023  08:44 

Gözümüzün qarşısında böyük tarix yaradılır - Musa Qasımlı





A+  A-

“Ermənistanla sərhəddə Həkəri çayının üstündə nəzarət-buraxılış məntəqəsinin qurulması dövlətimizin müstəsna suveren hüququ, torpaqlarımızın işğaldan azad edilməsi qədər tarixi əhəmiyyətli olub, 1988-ci ildən bəri ərazilərimizə göndərilən terrorçu zir-zibillərin, silah-sursatın, daxili işlərimizə müdaxilənin qarşısının kəsilməsidir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Musa Qasımlı çıxış edib.

M.Qasımlı bildirib ki, gözümüzün qarşısında böyük tarix yaradılır:

“Bu, o deməkdir ki, ermənilər ya Azərbaycan qanunlarına riayət edib digər bütün vətəndaşlarla bərabər şəraitdə normal adam kimi yaşamalı, əksini edənlər özlərinə başqa yaşayış yeri axtarmalı, dövlətimizə qarşı silahla çıxmağa cürət edənlər anladıqları dildə cavablarını almalıdırlar. 100 il əvvəl bədənimizdə zorla çıxarılan çiban kökündən kəsilib atılır. Bu hadisə bir daha göstərir ki, millətimizin qarşıya qoyduğu hədəflərə çatmasının təməlində onu bir yumruq kimi birləşdirən Güclü Dövlət, nəyi nə zaman və necə etməyi yaxşı bilən Qüdrətli Dövlət rəhbəri dayanır.Allah Millətimizi, Dövlətimizi və cənab Prezidentimizi qorusun!”

Xəbər 987 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +