Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


16.02.2017  12:44 

Xanlar Vəliyevdən Ayaz Mütəllibova: "Onların böyük günahı var ..."





A+  A-


Xocalı faciəsinin baş verməsində müəyyən qədər pay həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da üzərinə düşür.

XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib.

Hərbi prokuror xatırladıb ki, Xocalı faciəsi nəticəsində 613 nəfər azərbaycanlı qətlə yetirilib: "Amma o zamankı daxili işlər naziri və Azərbaycanın prezidenti Ayaz Mütəllibov məişət mübahisəsi zəminində cəmi iki nəfərin qətlə yetirildiyini demişdi".

O bildirib ki, Xocalı faciəvi hadisələrin pik həddi oldu: "Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da günahı var idi. Bu faciədən sonra dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməsinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etmək üçün böyük əziyyət çəkdi”.



Xəbər 2132 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +