Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


09.03.2018  13:21 

Bakıda qanunsuz qumarxana aşkarlandı





A+  A-

Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.
Bu haqda XəzərNews.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və həmin çay evində qumar oyunlarının keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə pul uduşlu qumar oyunları təşkil etməkdə şübhəli bilinən, Bakı şəhər sakini Mübariz Quliyev və orada qumar oynayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Çay evinə baxış keçirilən zaman qumar oyunlarında istifadə olunan əşyalar, pul vəsaitləri və iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib

Xəbər 1554 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +